20 İyun Dünya Qaçqınlar Günüdür. Azərbaycandan da əsasən Ermənistandan çıxarılan və ərazisi işğal olunan rayonlardan qovulan 1 milyona yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Müxtəlif illərdə və müxtəlif bölgərlərdə Azərbaycan köçkünlərinin dərdli həyatından çəkdiyimiz fotolar.
Dünya Qaçqınlar Günü: Azərbaycan qaçqınlarının həyatı fotolarda

9
Ağcabədi rayonunda "Taxta körpü" adlanan yerdə məskunlaşmış məcburi köçkünlər. Onlar deyir ki, əvvəllər ümid edirdik ki, tezliklə işğal olunmuş torpaqlarımıza qayıdacağıq. İndi isə ən böyük arzumuz bu "Fin evləri"-indən yeni evlərə köçməyimizdir. Çünki, Fin evləri qışda çox soyuq, yayda isə ilanlarla dolu olur.

10
Gəncə şəhər Kənd Təsərrüfatı İnstitunun yataqxanasında məskunlaşan bir məcburi köçkün ailənin uşaqları.

11
Fatmai kəndində keçmiş "Dalğa" sanatoriyasının qalıqlarında məskunlaşmış məcburi köçkün ailələri.

12
Fatmai kəndində keçmiş "Dalğa" sanatoriyasının qalıqlarında məskunlaşmış məcburi köçkün ailələri.